DÜNYA
Türkiyənin 29 vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 763 nəfər saxlanılıb
Bakı, 6 fevral, AZƏRTAC
Türkiyənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 763 nəfər saxlanılıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, fevralın 5-də keçirilən əməliyyatlar zamanı terror təşkilatına aid xeyli sayda sənəd, rəqəmsal materiallar, iki tapança, dörd avtomat silah, 372 patron götürülüb.
Türkiyə Baş Polis İdarəsinin əməliyyatlarla bağlı yaydığı məlumatda İŞİD-in növbəti terror aktları hazırlığında olduğu, yeni üzvlərin cəlb edilməsi ilə bağlı təbliğat və təşviqat işlərini gücləndirdiyi, xüsusilə Türkiyəni öz hücumlarının əsas hədəfi olaraq müəyyənləşdirdiyi bildirilib. Məlumatda, həmçinin İŞİD-ə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]