İQTİSADİYYAT
Türkiyənin “İzbaş” şirkəti Azərbaycan şirkətləri ilə biznes əlaqələri qurub
Bakı, 14 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin yaxınlığında yerləşən azad iqtisadi zonada fəaliyyət göstərən “İzbaş” şirkəti Azərbaycan şirkətləri ilə biznes əlaqələri qurub.
Bu sözləri Bakıda keçirilən “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində şirkətin həmtəsisçisi Emir Ənsari AZƏRTAC-a müsahibəsində deyib.
E.Ənsari bildirib ki, rəhbərlik etdiyi qurum əsasən dəri və tekstil sənayesi sahəsində ixtisaslaşıb. Müəssisə ən müasir avadanlıqlarla təchiz olunduğundan “İzbaş”ın keyfiyyətli məhsullarına böyük tələbat var.
Onun sözlərinə görə, ölkəmizə də tekstil və dəri məmulatları ixrac olunur. “Biz Azərbaycanın bəzi şirkətləri ilə sıx münasibətlər qurmuşuq. Azərbaycandakı şirkətləri İzmirə - azad iqtisadi zonada işbirliyi qurmağa dəvət edirik”, - deyə E.Ənsari bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]