Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə məktub göndərib

Bakı, 18 fevral, AZƏRTAC

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb. Şəhidin məzarı ziyarət edilərək önünə Müdafiə Nazirliyi adından çələng qoyulub.

Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıblar. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələrin saxlandığı xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb, Vətənə belə igid oğul tərbiyə etdiklərinə görə valideynlərə minnətdarlıq edilib.

Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.

Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Şəhidin ailə üzvlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan polkovnik A.Qurbani ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə böyük Azərbaycan sevdalısı nazir Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin milli müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirib. Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə.

Əziz, qiymətli Məmiyevlər ailəsi,

Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzdü.

Baş leytenant Valeh Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.

Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaq.

“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın kədəri də sevinci də birdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları ilə sonunadək Azərbaycan Türkü qardaşlarımızın yanında olmaqda davam edəcək.

Şəxsən və Milli Müdafiə Nazirliyinin əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbir diləyir, başsağlığı verirəm.

Münasib bir vaxtda əziz şəhidimizin hörmətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və ehtiramlarımla, Hulusi Akar”.

Şəhidin qardaşı, qəbul imtahanlarında 695 bal toplayaraq, Prezident təqaüdünə layiq görülmüş və Azərbaycan Dövlət Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Amerikanın nüfuzlu informasiya və texnologiya şirkətlərindən birində proqramlaşdırma üzrə komanda rəhbəri vəzifəsində çalışan Vüsal Məmiyev qardaşı barədə xatirələrini bölüşərək deyib: “Ötən ilin avqustunda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən sonra rayona qısamüddətli məzuniyyətə gəlmişdi. Həmin gün mən də kənddə idim. Birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçularının və bölmələrinin yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiklərindən, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarından və bu əmri səbirsizliklə gözlədiklərindən həvəslə danışırdı. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüş onun həyatında unudulmaz iz buraxmışdı”.

V.Məmişov bildirib ki, Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə nazirinin Valehi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulaması Valehin döyüş ruhunu, qələbəyə inamını daha da yüksəltmişdi. O, Hulusi Akara söz vermişdi ki, Türkiyə hərbçiləri ilə birgə təlimlərdə qazandıqları uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq. Qardaşım sözünə, vədinə əməl etdi. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında başımızı ucaltdı.

Valehin ilk müəllimlərindən olan İqbal Babayev vaxtilə dərs dediyi sevimli şagirdi haqqında fəxrlə danışaraq deyib: “O, nəinki ailəsinin, kəndimizin, eləcə də Azərbaycan Ordusunun, xalqımızın adını yüksəklərə qaldıran igidlərimizdəndir. Valeh kimi oğulların sayəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birimizin başı ucadır. Biz qalib dövlətin vətəndaşları olmağımızla fəxr edirik. Nə qədər ki, Azərbaycan var, qədirbilən xalqımız var, tarixi Qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaq”.

Ziyalı Fərhad Məmiyev digər sahələrlə yanaşı, kənd cavanlarının hərbi peşələrə də böyük maraq göstərdiklərini, hazırda Azərbaycan Ordusunda ucqar dağ kəndindən 100-ə yaxın hərbi qulluqçunun xidmət etdiyini, onlardan 6-sının şəhid olduğunu, mayor Elçin Mansurovun ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldüyünü nəzərə çatdırıb.

Şəhidlərin xatirəsinin əziz tutulduğu, onların ailəsinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə danışan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Kürəkçi kənd inzibati-ərazi üzrə nümayəndəsi Ruslan Əkbərov bildirib ki, Məmiyevlər ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyinin diqqət mərkəzində olub, bundan sonra da daim diqqətdə saxlanılacağına əminik. Baş leytenant Valeh Məmiyevin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi döyüşçünün qəhrəmanlığına verilən ən yüksək qiymətdir.

Məzahir Eyvazov qardaş Türkiyənin milli müdafiə naziri hörmətli Hulusi Akara şəhid ailəsinə göstərdiyi diqqətə görə kənd sakinləri adından minnətdarlığını bildirib.

Türkiyənin milli müdafiə nazirinin məktubunu ehtiram hissi ilə qəbul edən şəhidin atası İsbat Məmiyev deyib: “Yeni ilin ilk günlərində hörmətli Hulusi Akar telefonla zəng edərək ailəmizin hər bir üzvü ilə ayrılıqda danışdı. Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi, yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “Bir millət, iki dövlət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik”.

Qardaş Türkiyənin milli müdafiə nazirinin Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi nazir Hulusi Akara cavab məktubu ünvanlayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı