Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

Hörmətli cənab Prezident,

İcazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin