SİYASƏT
Tzipi Livni: IX Qlobal Bakı Forumunda İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin perspektivlərini müzakirə etdik
Qahirə, 21 iyun, AZƏRTAC
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni özünün tviter səhifəsində iyunun 19-da IX Qlobal Bakı Forumu çərçivəsində Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudla ikitərəfli əlaqələrin perspektivlərini müzakirə etdiyini yazıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri ərəfəsində Bakıda aparılan bu müzakirənin əhəmiyyətini qeyd edən Səudiyyə Ərəbistanının “Arabnews”, İsrailin “The Jerusalem Post” və “The Times of Israel” nəşrləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət başçısının hər iki ölkədə aparacağı danışıqların ərəb ölkələri ilə İsrailin münasibətlərində yeni səhifə açacağına ümidlərin böyük olduğunu qeyd ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə