Üç avtomobildən 7 min manatlıq oğurluq olub
Bakı, 19 aprel, AZƏRTAC
Binəqədi rayonunda 3 avtomobildən 7 min manatlıq oğurluq edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7 min manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]