MƏDƏNİYYƏT
“Üç qız” filmi “YARAT”da
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində Maqsud İbrahimbəyovun ekranlaşdırdığı “Üç qız” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, xronometrajı 90 dəqiqə olan film 2007-ci ildə çəkilib.
Film üç rəfiqənin həyat hekayəsi üzərində qurulub. Onlardan hər biri, məhəbbətini özünəməxsus şəkildə axtarır.
Film rus dilində, ingilis subtitrləri ilə təqdim olunacaq.
Qeyd edək ki, ekran əsəri 4-cü Avrasiya Beynəlxalq Kino Festivalı və Bakıda keçirilmiş 8-ci Şərq-Qərb Kino Festivalının iştirakçısıdır. Bundan əlavə, film “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” kateqoriyasında “Nika” mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]