İQTİSADİYYAT
Üç rübdə 11 min 507 əmlaka texniki pasport tərtib edilmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Sentyabrda 11 min 507 əmlaka texniki pasport, 11 min 97 müayinə aktı tərtib edilmiş, 118 yüklülük, 1867 ipoteka qeydə alınmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrda məhdudlaşdırmaya dair 8 min 673 arayış, əhaliyə xidmətlə bağlı isə 1854 müxtəlif arayış verilmişdir. Ötən ilin sentyabrına nisbətən texniki pasportlar 77,1 faiz, yüklülük 3,3 dəfə, ipoteka qeydiyyatı 6 faiz, məhdudlaşdırmaya dair arayışlar 64 faiz, müayinə aktları 2 dəfə, əhaliyə verilən arayışlar 19,3 faizdən çox artmışdır.
Yanvar-sentyabr aylarında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin əksəriyyəti üzrə ötən ilə nisbətən ciddi artım baş vermişdir. Hesabat dövründə tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 59,2 faiz, yüklülük 3,2 dəfə, məhdudlaşdırmaya dair arayışlar 51,4 faiz, müayinə aktı 47,6 faiz, ipoteka qeydiyyatı 2,5 faiz artmışdır.