İDMAN
UEFA Avropa Liqasının final matçına qeydiyyatdan keçən jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
Bakı, 27 may, AZƏRTAC
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının işıqlandırılması üçün akkreditasiyadan keçən media nümayəndələri mayın 30-dək ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, media dayanacağı stadionun şimalındakı parkda yerləşir. Dayanacağa daxil olmaq üçün akkreditasiya kartı və dayanacaq sənədi təqdim olunmalıdır.
Akkreditasiya mərkəzində xüsusi təyinatlı masada əvvəlcədən təsdiqlənmiş dayanacaq üçün sənədlər toplanmalıdır. Final matçı ilə əlaqədar Heydər Əliyev prospektində körpünün altında müvəqqəti parkinq sahəsi yaradılacaq.
Media dayanacağına girişdə şəxslərlə yanaşı, avtomobillər də yoxlanışdan keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]