İDMAN
UFC çempionu Həbib Nurmaqomedov Poryedən başqa heç kəsi özünə rəqib kimi görmür
Bakı, 16 aprel, AZƏRTAC
Döyüşçülərin Mütləq Çempionatının (UFC) qalibi Həbib Nurmaqomedov amerikalı Dastin Poryedən başqa heç kəsi növbəti döyüşdə özünə rəqib kimi görmür.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı rusiyalı idmançının komandasında açıqlayıblar.
Agentliyin müsahibi deyib: “İndi yalnız bir variant var - Porye”.
Keçən istirahət günü Porye öz həmvətəni Maks Hollouey ilə görüşdə qalib gələrək müvəqqəti UFC çempionu olub. Bu titul Nurmaqomedov ilə döyüşə rəsmi iddiaçı statusu deməkdir.
Rusiyalı döyüşçü UFC Çempionatında keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub. Hazırda 9 ay müddətinə diskvalifikasiya olunmuş Həbibin növbəti döyüşü sentyabrın 7-nə planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]