Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə əziz xalqımıza “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram. Dövlət müstəqilliyimizin ən mühüm hüquqi dəyərlərinin bərpası ilə bizə Zəfər sevincini bəxş etdiyinizə, hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Fəxr edirik ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onilliklər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün Türk dünyasında qürur hissi ilə qarşılanır.

Əziz və hörmətli Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayırıq. Xalqın milli birliyinin, regionumuzda sülhün təmin olunması istiqamətində faydalı fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.

Dərin hörmət və məhəbbətlə,

 

Arif Quliyev

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,

hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi,

Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin