İDMAN
Ukrayna futbolçusu Andrey Şevçenkonun və Sergey Rebrovun nailiyyətlərini ötüb keçmişdir
Bakı, 30 mart (AZƏRTAC). Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Andrey Yarmolenko Ukrayna yığmasının bütün tarixində ən sürətlə inkişaf edən bombardir olmaqla yığma komandaya iki rekord qazandırmışdır.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, martın 22-də 2014-cü il çempionatının seçmə oyununda Polşanın qapısına vurulmuş qol Ukrayna yığma komandasının tərkibində futbolçu üçün onuncu olmuşdur. 23 yaşlı Yarmolenko milli komandanın heyətində rəqiblərin qapısından on top keçirməklə Andrey Şevçenkonun eyni nailiyyətini təkrarlamışdır.
Bu uğuru qazanmaq üçün Yarmolenko yığma komandanın heyətində 29 oyunda iştirak etməli olmuşdur - bu baxımdan Andrey artıq Sergey Rebrovun nailiyyətini təkrarlamışdır.
Dörd gündən sonra Moldovanın qapısından keçirdiyi top isə Yarmolenkonun həm yaş göstəricisi, həm də sürət baxımından (23 yaşında 29 oyunda 11 qol) “Dinamo”nun əfsanəvi oyunçularını ötüb keçməsinə imkan vermişdir.
Qeyd edək ki, Şevçenko Ukrayna komandasının tərkibinə 11-ci topu artıq 24 yaşında vurmuşdu, Rebrov isə belə nəticə əldə etmək üçün Ukrayna yığmasının tərkibində 31 oyun keçirməli olmuşdur.