SİYASƏT
Ukrayna paytaxtında “MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr olmuşdur
Kiyev, 11 fevral (AZƏRTAC). Fevralın 13-də Ukrayna Xarici İşlər Nazirliyində “MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr olacaqdır. Tərəflər 2013-cü ildə Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının yerinə yetirilməsinə yekun vuracaq, boru kəməri nəqliyyatı ilə tranzit və azad ticarət xidmətləri haqqında sazişlərin hazırlanması məsələlərini, habelə ixrac rüsumlarının mərhələli şəkildə ləğv edilməsi Protokolunu nəzərdən keçirəcəklər.
Bundan əlavə, Ukraynanın alman işğalçılarından azad edilməsinin 70 illiyinin 2014-cü ildə bayram edilməsinə hazırlıq üzrə tədbirlər nəzərdə tutulmuşdur.
Birliyin Xarici İşlər Nazirləri Şurasının aprelin 4-də Moskvada nəzərdə tutulan iclasına hazırlıq məsələlərini də müzakirə etmək planlaşdırılır.
İclasda bu il MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planı layihəsinin razılaşdırılması nəzərdə tutulmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Kiyev