Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynanın Odessa şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun strukturunu və ştat cədvəlini təsdiq etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin