MƏDƏNİYYƏT
“Ulduz” jurnalının yeni nömrəsi nəşr olunub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan “Ulduz” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın ilk səhifəsində birliyin katibi, yazıçı İlqar Fəhminin “Ulduz” jurnalının mart qeydləri” adlı yazısı dərc olunub. Yazıda müəllifin ötən nömrədə dərc olunmuş bədii nümunələr haqqında fikirləri yer alıb. Yazıda müəlliflərin yaradıcılığının müsbət və mənfi tərəfləri obyektiv təhlil olunub.
Yeni yazarlar: Nigar İsmayıl, Firəngiz Ağalar, Nurlan Umudlu və başqalarının yazıları dərc olunan jurnalın “Tərcümə saatı”ında J. W. Goethenin əsərlərindən tərcümə, əslən Təbrizdən olan soydaşımız Süleyman Cəfərinin yaradıcılığından nümunələrə yer verilib.
“Dərgidə kitab” rubrikasında “Tanımal Mustafa” əsəri təqdim olunub.
Jurnalın yeni əlavəsi kimi Anarın “Dədə Qorqud Oğuznamələri” kitabı və Əjdər Olun “Ömür elə budur, bu!” CD-si təqdim olunub.
Jurnalın baş redaktoru Qulu Ağsəsdir.