Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda investorlar üçün hüquqi sabitliyi təmin edən çərçivədir

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda investorlar üçün hüquqi sabitliyi təmin edən çərçivədir

Bakı, 20 sentyabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində baş tutan Əsrin müqaviləsi Azərbaycanın yeni neft strategiyasının institutlaşmasını təmin edən bir çərçivənin yaradılması idi.

Ulu öndər Heydər Əliyev demişdir: “Hər hansı investor üçün ən mühüm cəhət bu və ya digər ölkədə ictimai-siyasi şəraitin necə olmasıdır. Ölkəmizə gələn hər bir investor özünün təkliflərinə müvafiq olan dəstək və yardım ala bilər, ən başlıcası isə mehriban münasibətlərlə qarşılaşacaqdır. Çünki biz belə əməkdaşlığı istəyirik, arzu edirik, ona maraq göstəririk”.

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra, inkişafını maliyyələşdirmək, təmin etmək və xarici ölkələrlə müqavilələr bağlamaqla regional sabitliyi və böyüməni təşviq etmək üçün neft sənayesini xarici iştiraka açdı. Beləliklə də, Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə baş tutan Əsrin müqaviləsi Azərbaycanın enerji strategiyasının və bugünkü inkişafımızın təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilənin bağlanması ilə ölkəmizdəki karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının yeni mərhələsi başladı. Bu gün fəxr və qürurla deyirik ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun

doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Əsrin müqaviləsi həm də Azərbaycanın yeni neft strategiyasının institutlaşmasını və investorlar üçün hüquqi sabitliyi təmin edən bir çərçivənin yaradılması idi. Heydər Əliyev elə bir uzaqgörən siyasət reallaşdırdı ki, nəticə etibarilə Azərbaycanın enerji resursları ölkəyə sadəcə kapital axınını təmin olunmasına xidmət etmədi, bununla yanaşı Azərbaycanın siyasi arenada atacağı addımlar üçün ciddi geosiyasi amilə çevrildi. Dünənin atılan addımları bu günün reallığıdır ki, Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri hesab olunur. Eyni zamanda, bütün bu məsələlər Azərbaycanın Avropa və dünya arenasında alternativ enerji təchizatçısı kimi çıxış etməsi ilə onun müstəqil siyasət həyata keçirmə imkanlarını genişləndirir. Ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyi siyasəti son illərin siyasi diskursunun ən mühüm məsələlərindən birinə çevrilmişdir. Son illərdə bəzi Avropa səlahiyyətliləri, Avropaya təbii qazın kəsilməsi və ya məhdudlaşdırılması ilə əlaqədar narahatlıq keçirməyə başladılar. Hətta Şərqi Avropanın bəzi ölkələrinin bir təchizatçıdan asılılığı məsələsi onları bu prosesdən daha da dərindən təsirlənməyə gətirib çıxartmışdır. Əvvəlki azalmalara, məhdudiyyətlərə və gələcəkdə yarana biləcək enerji təchizatı kəsintilərinə reaksiya olaraq, ABŞ-ın köməyi və dəstəyi ilə Avropa səlahiyyətliləri enerji mənbələrinin şaxələndirilməsi alternativlərini axtararaq enerji təhlükəsizliyini inkişaf etdirməyə başladılar. Alternativ tranzit yollarının təşviq edilməsi baxımından Azərbaycan etibarlı tərəfdaş kimi müəyyənləşdirildi. Heç şübhəsiz ki, şaxələndirmə haqqında danışarkən onu da mütləq qeyd etməliyik ki, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsi yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca müstəsna əhəmiyyətə malik məsələdir və real şaxələndirmə deməkdir. Bu baxımdan da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir. Bu, həm də o deməkdir ki, boru kəmərləri Azərbaycana Avropa İttifaqı ilə münasibətlərində daha geniş səlahiyyətlər verəcəkdir. Heç şübhəsiz ki, Azərbaycanın alternativ mənbə kimi görülməsi ona olan güvəndən doğurdu, çünki vaxtilə Azərbaycan müharibədən yenicə çıxmış dövlət olmasına baxmayaraq daxildə stabil ictimai-siyasi şəraiti təmin etmiş, hər bir investor üçün onun özünün təkliflərinə müvafiq olan dəstək, yardım təmin etmiş və beləliklə də Əsrin Müqaviləsi ilə qlobal siyasətdə ona olan beynəlxalq güvəni əldə etmiş bir ölkə oldu. Demək olar ki, 2020-ci ildə analoji şəraitin olmasına baxmayaraq, yəni ölkə ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq, lakin güc baxımından daha güclü olan Azərbaycan müharibənin bitməsindən qısa müddət sonra Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərini başa çatdırdı ki, məhz bu amil də İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Belə ki, Azərbaycan qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışdır ki, İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik. Bu da qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacaq.

Ş.Həsənova diqqətə çatdırıb ki, dövlətlərin güclü olması isə təhlükəsizliyi birbaşa təmin edən məsələ olduğu üçün onlar arasındakı rəqabətin əsas səbəbi güc qazanmaqdır. Müasir siyasi reallıqlar kontekstində dövlətin gücü dediyimiz zaman onun enerji ehtiyatlarına sahib olub-olmaması başa düşülür. Enerji təhlükəsizliyi də milli təhlükəsizliyin əsas struktur elementlərindən biri olduğu üçün bu gün beynəlxalq münasibətlər sisteminin hər bir üzvü ilk növbədə bu elementi təmin etmək istiqamətində real addımlar atır. Bəzi analitiklərin fikirlərinə görə enerji mənbələrindən, daha çox burada təbii qaz başa düşülür ki, dövlətlər ondan siyasi məqsədlərə çatmaq üçün istifadə etmişdir. Çünki nəzərə almalıyıq ki, neftdə olduğu kimi təbii qaz üçün beynəlxalq bir təbii qaz bazarı yoxdur. Daha dəqiq ifadə etsək dünya əmlakı hesab olunan neftdən fərqli olaraq, təbii qaz milli alıcılar və satıcılardan daha çox təsirlənən ərazi malıdır, yəni regional məhsuldur. Burada həm də o fakt nəzərə alınmalıdır ki, enerji təhlükəsizliyi regional tarazlıqlara, tarixi dostluq və düşmənçilik münasibətlərinə də böyük təsir göstərmək imkanlarına malikdir. Bu baxımdan da cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Cənub Qaz Dəhlizi ona görə uğurlu layihə hesab olunur ki, bu layihə enerji siyasətinin əlində alətə çevrilmədi. 2021-ci il fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilən zaman bu məsələlərə bir daha diqqəti cəlb edən cənab Prezident İlham Əliyev göstərdi ki, Cənub Qaz Dəhlizi layihəsi və bütövlükdə Azərbaycanın təşəbbüskarı və tərəfdaşı olduğu bütün layihələr, ilk növbədə, enerji təhlükəsizliyi, o cümlədən, azad rəqabət, enerjinin şaxələndirilməsi layihələri kimi dəyərləndirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib