ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu əvəzedilməzdir
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan institutun baş mühəndisi Etibar Əliyev qeyd edib ki, müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir: “Ulu Öndər ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbər olub, heç zaman unudula bilməz”.
İnstitutun Həmkarlar təşkilatının sədri Nuhbaba Şıxıyev Heydər Əliyevin Azərbaycan üçün gördüyü tarixi işlərdən və xalqın Ulu Öndərə olan sevgisindən danışıb.
Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri Bünyad Kazımov vurğulayıb ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi Azərbaycan tarixində əsaslı dönüş nöqtəsi olub və onun Azərbaycanın dövlətçilik tarixində rolu əvəzedilməzdir.
Sonda ulu öndər Heydər Əliyevin anım gününə həsr edilən videoçarx nümayiş olunub.