SİYASƏT
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək bizim mənəvi borcumuzdur
Bakı, 10 may (AZƏRTAC, Aygün Məmmədova). Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək bizim hamımızın mənəvi borcumuzdur.
Bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün mayın 10-da Fəxri xiyabana gəlmiş şair-publisist Əyyub Şırlanlı AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyəti tarixində misilsiz izlər qoymuş dövlət xadimidir. Ulu öndər Heydər Əliyev mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən sahələrə həmişə xüsusi diqqətlə yanaşmışdır.
Əyyub Şırlanlı söyləmişdir ki, dahi şəxsiyyətin mədəniyyət sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.