“Unibank” Mobil Bank istifadəçiləri üçün kampaniya keçirir

Bakı, 30 oktyabr, AZƏRTAC
“Unibank” Mobil Bank istifadəçiləri üçün kampaniya keçirir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Unibank Mobile” ilə bank əməliyyatı aparan müştərilər hər əməliyyatda 20 faiz endirim qazanacaqlar. İndi bu imkandan “Unibank Mobile” ilə əməliyyat aparan hər kəs istifadə edə biləcək.
“Unibank”ın başladığı kampaniya çərçivəsində “Unibank Mobile” ilə aparılan “hesabdan-karta”, ”kartdan-hesaba” və “kartdan-karta” əməliyyatlarına komissiya haqlarında 20 faiz endirim edilir.
“Unibank Mobile” istifadəçilərinin sayı artıq on minlərlədir. “Unibank Mobile” “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.
“Unibank Mobile” İOS və Android platformalarında işləyir. Müştərilər “Unibank”ın Mobil Bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.