İQTİSADİYYAT
“Unibank Mobile” istifadəçilərinin sayı artıq 23 mini keçib

Bakı, 17 oktyabr, AZƏRTAC
“Unibank Mobile” istifadəçilərinin sayı artıq 23 mini keçib. Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə “Unibank Mobile”dir.
“Unibank”dan AZƏRTAC-a verilən məlumata görə, “Unibank Mobile”in ödənişlər və köçürmələr xidmətlərindən daha çox istifadə olunub. İstifadəçilər siyahısında Android platforması üzrə yükləmələr çoxluq təşkil edir.
Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verən “Unibank Mobile”, “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspress analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz “Unibank”ın mobil banking sistemi olduğu qərarına gəlinib.
Qeyd edək ki, ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasını hədəfləyən “Unibank Mobile”, “Unibank” müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan “Unibank Mobile”, bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.