Universitetdə görüş
Bakı, 23 oktyabr (AZƏRTAC). Azərbaycan İctimai-Siyasi Universitetində Rusiya Federasiyası Kalmıkiya Respublikasının hökumət başçısının Azərbaycan Respublikası üzrə mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan Konqresi” qeyri-hökumət təşkilatının sədri Sabir Quliyev ilə görüş keçirilmişdir.
Görüş Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi, Azərbaycan İctimai-Siyasi Universiteti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşmışdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov demişdir ki, teatr fəaliyyətə başladığı dövrdən intensiv olaraq bir sıra xarici ölkələrə qastrol səfərləri etmişdir. Məqsədimiz Azərbaycan teatrını dünyaya tanıtmaq, dünya teatrları ilə Azərbaycan teatrının təcrübəsini bölüşməkdir.
Tədbirdə universitetin prorektoru, professor İfrat Əliyeva teatrın məram və ideyalarını dəstəklədiyini vurğulamış, Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizə uğurlar arzulamışdır.
Kalmıkiyada yaşayan azərbaycanlılar adından xalqımızı İlham Əliyevin növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edən Sabir Quliyev iştirakçılara rəhbərlik etdiyi konqres barədə məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [11:21]
Milli Kitabxanada Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb
- 16.11.2026 [05:11]
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub
- 15.11.2026 [20:37]
Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib
- 15.11.2026 [20:10]
Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb
- 15.11.2026 [19:56]