“URİTAN” MÜƏSSƏSİNDƏ YANĞIN BAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Sumqayıt şəhəri, S. Vurğun küçəsi 1-də baş vermiş yanğın nəticəsində “Uritan” Azərbaycan-Türkiyə birgə müəssisəsinin penopoliuretan materiallar istehsalı sexinin 1700 kvadratmetrlik sahəsi və içərisində olan əmlak sıradan çıxmışdır.
Hadisənin başvermə səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.