Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Uşaq cərrahı Fuad Hüseynov: Əməliyyata girən zaman işin emosional tərəfini bir kənara qoymağa çalışırıq

Bakı, 2 noyabr, AZƏRTAC 

Yenidoğulmuşlarda ən çox görülən problemlər döş qəfəsi və qarın boşluğunun anomaliyalarıdır. Bunlardan hamısı həyatı göstəriciləri olduqda təcili və təxirəsalınmaz əməliyyat olunur. Ən kiçik xəstəmiz 540 qram çəkidə olub. Erkən doğulmuş bu uşağın hələ ana bətnində ikən bağırsağında dəlinmə müşahidə olunub.

Ümumiyyətlə anadangəlmə bağırsaq və yemək borusunun atreziyaları, bağırsaqların tam dönməməsi və ya xaricə çıxması, ağciyərlərin anadangəlmə problemləri və bu kimi digər patologiyalar da yenidoğulmuşlarda tez-tez rast gəlinən problemlərdəndir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın uşaq cərrahı və urologiya üzrə mütəxəssis Fuad Hüseynov bildirib.

-Hansı uroloji patologiyalar olduqda cərrahi əməliyyat vacib hesab edilir?

-Uroloji problemlər o qədər də təcili və təxirəsalınmaz olmur. Belə xəstələr adətən nəzarətə alınır. Yalnız xüsusi göstəricilərə görə problemin yeganə həlli yolunun əməliyyat olduğu müəyyən edildikdə xəstə cərrahi masaya alınır. Əməliyyat üçün əsas götürülən göstəricilərə böyrək patologiyalarını misal çəkmək olaraq. Uşağın böyrəklərində yaranan genişləmələri çox vaxt o, hələ ana bətnində ikən müşahidə etmək olur. Bu uşaq da doğulduqdan sonra təxirəsalınmaz əməliyyata alınmır. Problem nəzarətə götürülür, bir sıra müayinələr olunur, əməliyyat üçün göstərişlər müəyyən edilərsə artıq cərrahi üsula müraciət edilir.

-Ana bətnində olan uşaqda yaranan patologiyanı əsasən hamiləliyin neçənci həftəsindən etibarən müəyyən etmək mümkündür?

-Hansı patologiyanın hamiləliyin neçənci həftəsində müəyyən edilə biləcəyini dəqiq demək çətindir. Belə ki, bu problemlərin əmələ gəlməsi dölün inkişafının həftələrinə görə müəyyən edilir. Hər orqanın öz inkişaf həftəsi var. Orqan sisteminin inkişafında yaranan problemləri hamiləlik irəlilədikcə görmək mümkündür. Bu diaqnoz hamiləliyi təqib edən həkim-ginekoloq və fetal ultrasəs müayinə qrupunun göstərişinə uyğun olaraq qoyulur. Artıq hamiləliyin 12-13-cü həftəsindən etibarən uşaqda olan patologiyalar özünü büruzə verməyə başlayır. Azərbaycanda bu sahədə çox böyük uğurla fəaliyyət göstərən bir mütəxəssis qrupu var və biz də onlarla sıx əməkdaşlıq edirik. Ümumiyyətlə döldə meydana çıxan problemi zamanında aşkarlamaq və bu barədə valideynləri məlumatlandırmaq həkimin təcrübəsinə bağlıdır.

-Uşaq böyüdükcə təbii ki, orqan da böyüyür və inkişaf edir. Bu səbəbdən körpələr üzərində icra olunan əməliyyatların gələcəkdə fəsadları ola bilərmi?

-Gələcəkdə fəsadın meydana çıxması problemin böyüklüyündən asılıdır. Misal üçün, bağırsaq atreziyaları zamanı nekroz görüldükdə bu orqanın müəyyən bir hissəsi əməliyyat vasitəsilə alınır. Məlumdur ki, hər bir orqan kimi bağırsaqlar da uşaq böyüdükcə öz həcmini artırır. Bu səbəbdən əməliyyat olunmuş uşaqda xaric edilmiş bağırsağın uzunluğundan asılı olaraq qısa bağırsaq sindromu inkişaf etmədikdə gələcəkdə hansısa problemin yaranma ehtimalı demək olar ki, yoxdur. Bu uşaqlar tam normal insanlar kimi həyatlarına davam edirlər.

-Körpələr üzərində icra olunan əməliyyatların sizə görə ən çətini hansıdır?

-Bunu demək çətindir. Belə ki, yenidoğulmuşlar arasında əməliyyat olunacaq qədər böyük problemlərə əsasən erkən doğulmuş uşaqlarda rast gəlinir. Onların da bədən çəkisinin ağırlığı ortalama 1.500 qram olur. Bizim üçün 2.500 qram çəkili uşaqlar artıq böyük kimi qəbul edilir.

Ümumiyyətlə neonatal və uşaq cərrahiyyəsində icra olunan bütün əməliyyatlar ağır sayılır. Buna səbəb həm uşağın fizioloji vəziyyəti, həm də erkən doğulmuş olmasıdır ki, bu da çox ciddi risk və stress faktordur. Bundan əlavə, ana bətnində olan uşağın ağciyərlərinin inkişafı təxminən 32-34 həftədən sonra tamamlanır. Erkən doğulmuş uşaqlarda isə əlavə olaraq bir də tənəffüs problemi meydana çıxır ki, bu da uşağın əməliyyatdan öncəki, əməliyyat zamanı və sonrakı baxımı da çox çətinliklər yaradır. Belə uşaqların müalicəsi artıq komanda işinə çevrilir. Biz sadəcə işin cərrahi hissəsini görürük. Lakin körpənin əməliyyatdan öncəki və sonrakı baxımı təbii ki, bizim də köməyimizin olması şərti ilə daha çox neonatal cərrahiyyədəki həkim-neonatoloqların üzərinə düşür. Belə ki, erkən doğulmuş uşağı normal həftəsində dünyaya gəlmiş körpə vəziyyətinə gətirmək üçün ciddi müdaxilələr və müalicələr tələb olunur.

-Əməliyyatın icrasına qərar nə cür verilir?

-Burada yalnız əməliyyat üçün göstəriş, əməliyyatın gərəkli olub-olmaması və ya gözləmə müddətinin müəyyən edilməsi cərrah tərəfindən qoyulur müəyyənləşdirilir. Əməliyyatda, xüsusilə neonatal cərrahiyyədə nisbi göstərişin olması yolverilməzdir. Belə ki, əməliyyat zamanı istifadə olunan anesteziya belə uşaq üçün böyük risk faktorudur. Ümumiyyətlə əməliyyatın icrasına verilən qərar həyati göstəricilər və ya təxirəsalınmaz patologiyalara bağlıdır. Misal üçün, yeni doğulmuş körpədə qasıq yırtığı müşahidə edilirsə o, təcili əməliyyat olunmur. Uşağın çəkisinin artması, ətraf mühitə uyğunlaşması gözlənilir və həyat riski olmadan, rahat əməliyyat olunur.

-Körpələri əməliyyat edirsiniz. Bu cərrahi olduğu qədər mənəvi cəhətdən də çətin olmalıdır. Əməliyyata girdikdə nə kimi hisslər keçirirsiniz?

-Əməliyyata girən zaman işin mənəvi və emosional tərəfini bir kənara qoymağa çalışırıq. Bəli, bizim əməliyyat etdiyimiz hər bir insan körpədir və burada hər bir iş zərgər dəqiqliyi ilə görülməlidir. Hər bir əməliyyat lupa altında icra olunur. Başqa cür alınmır. Məsələyə emosional yanaşsaq psixoloji gərginlik keçirə bilərik ki, bu da əməliyyatın uğuruna mənfi təsir göstərə bilər.

-Valideynlərə nə məsləhət görərdiniz?

-İstər uroloji, istərsə də cərrahi hər bir uşaq problemi məhz uşaq cərrahı və uroloqu tərəfindən müalicə olunmalıdır. Urologiya sahəsi digərlərinə nisbətən daha problemlidir. Çoxu uşağı böyümüş insanın kiçik bir modeli kimi görür. Lakin bu belə deyil. Körpədə olan bütün problemlər böyük insandan tam fərqlidir. Uşağa böyük insan kimi müdaxilə olunduqda gələcəkdə ciddi fəsadlar yarana bilər. Bəzən hansısa reklam və ya tanışlıq xatirinə uşaq lazımsız həkimə aparılır. Lakin ölkəmizdə bir çox özünü təsdiqləmiş uşaq uroloqları, cərrahları var. Ən azından bu həkimlərlə konsultasiya etmək vacibdir. Bir neçə həkimin fikrini öyrəndikdən sonra uşağın əməliyyatına qərara vermək olar.

Mərkəzi Klinikanın həkimi olaraq onu deyə bilərəm ki, uşaq cərrahiyyəsində etmədiyimiz bir əməliyyat növü yoxdur. Hər bir neonatal, uşaq cərrahiyyəsi və anesteziya xidmətləri yüksək səviyyədə təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb