ÜZEYİR HACIBƏYLİNİN 125 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu ilin sentyabr ayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.
Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il.