DÜNYA
V4 ölkələrinin hökumət başçıları immiqrasiya böhranını müzakirə edəcəklər
Praqa, 2 sentyabr, AZƏRTAC
Cümə günü Praqada “Vışeqrad dördlüyü” ölkələrinin - Çexiya, Slovakiya, Polşa və Macarıstanın baş nazirlərinin təcili görüşü keçiriləcək. Buna səbəb - miqrantlar dalğasının Avropanı cənginə almasıdır. Slovakiya Nazirlər Kabinetinin rəhbəri Robert Fitso tərəfindən yayılmış bu məlumatı daha sonra Çexiya hökumətinin sədri Voquslav Sobotka da təsdiqləyib.
Siyasətçilər qaçqınların Avropa İttifaqının üzvü olan ölkələr arasında daha müntəzəm bölünə bilməsi üçün kvota tətbiq edilməsi ideyasını yekdilliklə rədd etmək niyyətindədirlər.
Avstriyanın xarici işlər naziri xanım Yohanna Mikl-Lyaytner isə bu fikrin tərəfdarı olan ölkələrə Avropa İttifaqı xəzinəsindən maliyyə daxilolmalarının məhdudlaşdırılmasını təklif edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]