İDMAN
V “Baku Open” Beynəlxalq turnirində 300-dən artıq karateçi mübarizə aparacaq
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində V “Baku Open” Beynəlxalq karate turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda ilk dəfə 16 ölkənin komandası iştirak edəcək.
Turnirdə Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, İran, Tailand, Gürcüstan, Bolqarıstan, Özbəkistan, Çili, Braziliya, Qazaxıstan, Küveyt, Fransa və Suriya komandalarından əlavə Azərbaycanın bölgələri və milli komandaları da iştirak edəcək. Mübarizəyə 300-dən artıq karateçinin qatılacağı gözlənilir.
Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 20 illik yubileyinə həsr edilən turnirin ilk günündə böyüklər, ertəsi gün isə yeniyetmə və gənclər mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [23:19]
Konfrans Liqasında ilk finalçı bəlli olub
- 08.05.2024 [22:35]
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
- 08.05.2024 [21:51]
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib
- 08.05.2024 [18:49]
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
- 08.05.2024 [17:48]
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
- 08.05.2024 [17:46]
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]