DÜNYA
Valideynlərin internetə nəzarət etməsi üçün qurğu yaradılıb
Abu-Dabi, 12 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, ölkənin “Etisalat” mobil operatoru valideynlərin internetə nəzarət etməsi üçün “Circle with Disney” qurğusunu yaradıb.
AZƏRTAC xəbər verir ki, “Circle with Disney” valideynlərə övladlarının internetdə nə qədər çox qalmasına nəzarət etməyə, uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədilə onların daxil ola biləcəyi saytları nəzərdən keçirməyə imkan verir.
Qeyd edilir ki, bu məhsul “Etisalat” ilə internetə qoşulmuş qurğuların idarə edilməsi üçün məhsulların aparıcı istehsalçısı olan “Circle Media Labs” arasında tərəfdaşlıq sayəsində ərsəyə gəlib. Qurğu vasitəsilə valideynlər ailənin hər bir üzvü üçün unikal profil yarada, əlavələr və veb-saytlar üçün vaxt məhdudiyyəti qoya, ailənin hər bir üzvü üçün filtrasiya səviyyəsi qura və düyməni basmaqla internetə girişi dayandıra bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]