Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Varşavada konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Varşavada konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Varşavada təşkil edilən konfransda iştirak ediblər. Onlar ayrı-ayrı mövzular üzrə aparılan müzakirələrdə fəallıq göstəriblər.

AZƏRTAC xəbər verir ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva dini tolerantlıq mövzusunda təşkil edilən müzakirələrdə çıxış edib.

O, Qafqaz Albaniyası dövründən başlayaraq indiki Azərbaycan ərazisində mövcud olmuş fərqli dinlərin tarixinə toxunub, bu dinlərin birgə fəaliyyətinin nəticəsi olan mədəni abidələrin bu gün də qorunduğunu xüsusi vurğulayaraq qeyd edib ki, keçdiyimiz tarix Azərbaycan mədəniyyət xəzinəsini bu dinlərə etiqad edən insanların yaratdığı çoxsaylı mədəni, dini abidələrlə, dəyərlərlə zənginləşdirib.

Ş.Nağıyeva deyib: “Bu gün Azərbaycanda erməni xalqı da daxil olmaqla iyirmiyə yaxın xalqın nümayəndəsi yaşayır. Onlar ölkənin ən gözəl guşələrində - müxtəlif ölkələrdən çoxsaylı turistlərin gəldiyi yerlərdə məskunlaşıblar. Turistlər onların mədəni dəyərləri, dini baxışları ilə maraqla tanış olur, mətbəx nümunələrindən dadırlar. Yəhudilərin İsraildən sonra kompakt yaşadığı ikinci yaşayış məntəqəsi Qubadakı “Qırmızı qəsəbə”dir. 300 ilə yaxındır yəhudilər burada, bizim torpaqlarda azad yaşayır”.

Ş.Nağıyeva bu xalqa dini tolerantlığın əcdadlarımızdan miras qaldığını xatırladaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin hələ XII əsrdə yazdığı “Yeddi gözəl” əsərini nümunə göstərib. Şairin yeddi mədəniyyətdən, yeddi planetdən və yeddi dindən olan yeddi gözəl obrazını bir araya gətirməklə Azərbaycanda multikulturalizmin ilkin elementlərini yaratdığını diqqətə çatdırıb. Heç bir təhsili olmayan azərbaycanlı xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin 150 il əvvəl kilsələrin bərpası və tikintisinə də xeyli maliyyə yardımı ayırdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Vatikanda Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası ilə əməkdaşlıq çərçivəsində Komodilya katakombalarının bərpasına maliyyə dəstəyi göstərib.

QHT sədri bildirib ki, indi Azərbaycanda məscidlərdən azan səsi eşidilən vaxtda həm də yaxınlıqdakı kilsələrin zəngi çalınır. Belə kilsələrdən biri Şəkidəki alban kilsələrinin anası kimi tanınan və dövlətin bərpa etdiyi Kiş kəndindəki ən qədim alban kilsəsidir.

Hətta işğaldan azad edilmiş Qarabağ torpaqlarında ermənilər tərəfindən bizim bütün mədəni və dini sərvətlərimizin dağıdılması belə insanların digər dinlərə olan hörmətini sarsıda bilməyib.

Ş.Nağıyeva Ermənistanla Azərbaycan arasında son toqquşmalar zamanı Azərbaycan hərbçilərinin yaralı erməni əsgərinin yarasını sarımasına dair internet resurslarında geniş yayılmış görüntüdən də söhbət açıb, bunu tolerantlıq nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Paytaxtımızda erməni kilsəsinin mövcudluğundan danışan natiq bildirib ki, Bakının mərkəzində erməni kilsəsi hələ də nəinki olduğu kimi saxlanıb, hətta Azərbaycan hökuməti tərəfindən təmir edilib. 2010-cu ildə dünya dini liderlərinin rəsmi görüşündən sonra Ermənistanın dini lideri katolikos II Qaregin kilsəni ziyarət edib.

O, daha sonra vicdan azadlığının Konstitusiyada təsbit olunmasından, “Dini etiqad azadlığı haqqında” Qanundan söhbət açaraq, qanunların verdiyi hüquq və azadlıqları vurğulayıb.

Ş.Nağıyeva axırda deyib: “Biz başa düşürük ki, mədəniyyət və dini qurumlarımız dünya mədəniyyət xəzinəsinin bir hissəsidir və biz onları gələcək nəsillər üçün qorumalıyıq. Mən beynəlxalq sülh quruculuğu üzrə qanunverici orqanlara müraciət edirəm ki, Cenevrə Konvensiyalarının, habelə Mədəni İrsin Mühafizəsi üzrə Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozmaqla Azərbaycan torpaqlarında törətdiyi mədəni vandalizmə görə Ermənistanı mühakimə etsin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycanın Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb