Vətən şəhidləri ilə ucalar
Bakı, 19 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi uşaqlara Vətənə sevgi, məhəbbət, doğma torpağa bağlılıq aşılamaq olub.
Tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri kompozisiya nümayiş etdirib, Vətən, torpaq haqqında şeirlər söyləyiblər.