Vətən şəhidlərini heç vaxt unutmayacaq
Bakı, 20 yanvar (AZƏRTAC). Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.
Yanvarın 20-də Ümumxalq Hüzn Günündə Bakıda şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlərdən biri də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşı Mübariz Pirverdiyevdir.
Mübariz Pirverdiyev qeyd etmişdir ki, xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
M.Pirverdiyev Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildiyini, faciənin günahkarlarının adlarının açıqlandığını demişdir. Ulu öndərin 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutduğunu, Şəhidlər xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm bir abidə ucaldıldığını xatırladan hüquqşünas, bu ənənənin bu gün də layiqincə davam etdirildiyini bildirərək demişdir:
“Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini daim əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret tədbirlər həyata keçirir, onlara yüksək diqqət və qayğı göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]