Vətən şəhidlərini heç vaxt unutmayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Vətən şəhidlərini heç vaxt unutmayacaqdır. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Orxan Əli AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Ümumxalq Hüzn Günündə şəhidlərimizin əziz xatirəsinə öz ehtiramlarını bildirmək üçün paytaxtın yüz minlərlə sakini Şəhidlər xiyabanına üz tutmuşdur. 20 Yanvar qurbanları dövlət müstəqilliyimizin qazanılması yolunda ilk şəhidlərimizdir. Onların adı müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]