Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vətən və xalq qarşısında fədakar xidmət nümunəsi

Vətən və xalq qarşısında fədakar xidmət nümunəsi

General Arif Heydərovun həyat və fəaliyyəti oxuculara yeni nəşrdə təqdim olunur

Bakı, 5 iyul, AZƏRTAC

Elə tarixi şəxsiyyətlər, ictimai və dövlət xadimləri var ki, onların həyat və fəaliyyəti nəinki bu insanları yetirən el-obaya, həm də bütöv bir xalqa nümunə olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli dövlət xadimi, 1970-1978-ci illərdə respublikanın daxili işlər naziri işləmiş, nəcib, xeyirxah insan kimi hamının böyük ehtiramını qazanmış general-leytenant Arif Nəzər oğlu Heydərovdur.

AZƏRTAC xəbər verir ki, bu görkəmli insanın anadan olmasının 90 illiyinə həsr edilmiş “General Arif Heydərov” kitabı bu günlərdə çapdan çıxıb.

Kitabda toplanmış xatirələrin ümumi məzmununu bir cümlə ilə belə ifadə etmək olar: Mahir kəşfiyyatçı, bacarıqlı diplomat, dönməz siyasi əqidəyə malik peşəkar çekist və nazir, ləyaqətli vətəndaş və şəxsiyyət.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən general Arif Heydərov alman, ingilis, türk, fars dillərinin mahir bilicisi idi. İkinci Dünya müharibəsinin iştirakçısı olan Arif Heydərov Berlinə hücum əməliyyatında iştirak edib, 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşun heyətində kəşfiyyat işində çalışıb.

1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. Səkkiz il – 1970-1978-ci illərdə Azərbaycanın daxili işlər naziri olub. “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilib. 1978-ci il iyunun 29-da Bakıda iş başında faciəli şəkildə həlak olub.

General-leytenant Arif Heydərov haqqında danışarkən bir məqam xüsusi vurğulanmalıdır. Bu da onun ümummilli lider Heydər Əliyevin yüksək etimad göstərdiyi və inandığı rəhbər kadrlardan biri, sadiq silahdaşı və məsləkdaşı, eyni zamanda, yaxın dostu olmasıdır. Kitab ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 28-də generalın anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli tədbirdəki nitqi ilə açılır. Ulu öndər Heydər Əliyev general haqqında deyirdi: “Arif Heydərov mənim üçün sevimli bir insan idi... Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə – 8 il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü... Ona verilən adlara, rütbələrə, ordenlərə, medallara o, tam layiq idi və öz sədaqətli işi, saf əməlləri ilə bunların hamısını almağa haqq qazanmışdı. Mən qeyd etdim ki, Arif Heydərov bir insan kimi çox sadə, təvazökar və yaxşı yoldaş idi”.

Həmçinin kitabda general Arif Heydərovun əqidə dostlarının və yoldaşlarının xatirələri dolğunluqla öz əksini tapıb. Generalın “Əlavə izlər” bədii filmi üçün yazdığı ssenari də olduğu kimi kitaba daxil edilib. Nəşrdə general-leytenant Ziya Yusifzadənin “O anadan çekist doğulmuşdu”, Eldar Həsənovun “Mənim tale bələdçim”, sabiq daxili işlər naziri Cəfər Vəliyevin “Möhkəm əqidə”, general-mayor Tofiq Aslanovun “Ləyaqət nümunəsi”, polis polkovniki Fətulla Hüseynovun “Nazirimiz, iftixarımız”, polkovnik Maqsud Məmmədovun “Dostum haqqında xatirələr”, əməkdar jurnalist İradə Əliyevanın “Kəşfiyyatçı. Diplomat. Nazir”, yazıçı Çingiz Abdullayevin “Arif Heydərovun xatirəsinə” və başqa yazılar fədakar insanın həyat yoluna və fəaliyyətinə işıq tutur. Tanınmış çekistin övladı Murad Heydərovla müsahibədə oxucular general Arif Heydərovun həyat və fəaliyyətinin maraqlı məqamları ilə tanış olacaqlar.

Kitabdakı acılı-şirinli xatirələri oxuduqca göz önündə general Arif Heydərovun Vətən və xalq qarşısındakı fədakar xidmətləri bir daha canlanır, bu böyük şəxsiyyət sanki roman qəhrəmanına çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrpen şəhər meri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır