SİYASƏT
“VƏTƏNDAŞ CƏMİYYƏTİ” TƏŞƏBBÜS QRUPUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 12 fevral (AZƏRTAC). Martın 18-nə təyin olunmuş referendum ilə bağlı fevralın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə birgə təsis olunmuş “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun növbəti iclası keçirilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, ictimai birliklərin təşəbbüs qrupları bir yerdə 40 mindən artıq imza toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və MSK həmin imzaların doğruluğunu yoxladıqdan sonra “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüs qrupu təşviqat qrupu kimi qeydiyyata alınmışdır. Qrup artıq hazırlıq işlərinə başlamışdır.
İclasda qrupun Mərkəzi Seçki Komissiyasına məşvərətçi səsə malik təmsilçisi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçilmişdir. Eyni zamanda 25 nəfərdən ibarət təşviqat qrupu da müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]