RƏSMİ SƏNƏDLƏR
V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Valeh Feyruz oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilsin.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 24 noyabr 2015-ci il.