SİYASƏT
VİTALİ İQNATENKO: AZƏRBAYCANIN DİNAMİK İNKİŞAFI HAMI ÜÇÜN HƏM DƏRS, HƏM DƏ ÜMİDDİR
Bakı, 22 yanvar (AZƏRTAC). “Forumumuz Birinci dövlətlərarası forum adlandırılsa da, zənnimcə, bu, əsası ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Vladimir Putinin təşəbbüsü ilə əvvəlki illərdə qoyulmuş bütün xeyirxah işlərin davamıdır”. Bunu jurnalistlərə müsahibəsində İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko bildirmişdir.
O demişdir ki, bu forum gözəl bir ənənənin davamıdır.
V.İqanatenko vurğulamışdır: “Nümayəndə heyətinə siyasətlə peşəkarcasına məşğul olan xeyli insan - senatorlar, Dövlət Dumasının üzvləri, alimlər, akademiklər, yazıçılar, xeyli sayda jurnalist daxildir. Ümidvaram ki, belə görüşlər ənənə halını alacaqdır. Biz təkcə Bakıda deyil, Moskvada da görüşəcəyik. Bəlkə də gələn dəfə respublikanın rayonlarına gedəcəyik, çünki Azərbaycanın bu gün nümayiş etdirdiyi dinamik inkişaf hamı üçün həm dərs, həm də ümiddir”.