V.M.SULTAN-ZADƏYƏ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİR DİPLOMATİK RÜTBƏSİ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Vəhdət Məmmədağa oğlu Sultan-zadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il.