Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vudro Vilsonun “ölü doğulmuş” arbitraj qərarı haqqında

Vudro Vilsonun “ölü doğulmuş” arbitraj qərarı haqqında

Bakı, 3 may, AZƏRTAC

Son günlərdə İnternetin erməni seqmentində moskvalı politoloq Karine Gevorqyanın çıxışından fraqmentləri çox fəal şəkildə paylaşırlar. Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın ABŞ Prezidenti Co Bayden tərəfindən tanınması guya 1913-1921-ci illərdə ABŞ Prezidenti olmuş Vudro Vilsonun Ermənistan-Türkiyə sərhədi barədə arbitraj qərarının reanimasiya edilməsi yolunda “ilk addım”dır. Bu gün AZƏRTAC həmin qərar barədə qısa tarixi arayış təqdim edir. Bu arayışdan aydın olacaq ki, Vilsonun arbitraj qərarı lap əvvəldən “ölü doğulub”!

Gəlin, həmin qərarı addım-addım təhlil edək. Burada tarixləri və xronoloji ardıcıllığı qeyd etmək zəruridir.

1. Osmanlı İmperiyası Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayır və 1918-ci il oktyabrın 30-da sultan hökuməti Mudros barışıq sazişini imzalayır. Bu, hələlik yalnız barışıqdır, yəni həmin sənəddə Osmanlı İmperiyasının şərq vilayətlərində erməni dövlətinin yaradılmasına heç bir eyham belə yoxdur.

2. Davam edək. 1919-1920-ci illərdə Paris Sülh Konfransında qalib ölkələr (Antanta) müharibədən sonrakı gələcək məsələsini müzakirə ediblər. Həmin müzakirələrdə iştirak edən 27 dövlət arasında, təbii ki, nə Mudros barışıq sazişini imzalamış sultan hökumətinin nümayəndələri vardı, nə də bu təhqiramiz barışığı təkzib edən və onu tanımayan kamalçı Türkiyə generallarının nümayəndələri. Yəni Paris Konfransında uduzmuş dövlətlərin iştirak etmədiyi şəraitdə qaliblər “öz aralarında” məğlub dövlətlərin üzərinə hələlik heç bir öhdəlik qoymayan qərarlar qəbul edirdilər. Sultanın imzaladığı sülh müqavilələri hələ yoxdur.

3. Paris Sülh Konfransının gedişində və onun yekunlarına əsasən, məğlub ölkələrlə bir neçə sülh müqaviləsi bağlanır:

- qalib ölkələrlə Almaniya arasında Versal müqaviləsi (28 iyun 1919-cu il);

- qalib ölkələrlə Avstriya arasında Sen-Jermen müqaviləsi (10 sentyabr 1919-cu il);

- qalib ölkələrlə Bolqarıstan arasında Nöyis müqaviləsi (27 noyabr 1919-cu il);

- qalib ölkələrlə Macarıstan arasında Trianon müqaviləsi (4 iyun 1920-ci il);

- nəhayət, qalib ölkələrlə Osmanlı İmperiyası hökuməti arasında Sevr müqaviləsi (10 avqust 1920-ci il).

Bir mühüm detal: sonralar Sevr müqaviləsi istisna olmaqla, bütün digər müqavilələr milli parlamentlərdə ratifikasiya edilib və qüvvəyə minib. Sevr müqaviləsi isə hələlik beynəlxalq səviyyədə yeganə tanınmış tərəf olan Osmanlı İmperiyasının İstanbulda sultan hökuməti tərəfindən imzalanıb, lakin o vaxt hələ heç kim tərəfindən tanınmamış Mustafa Kamal Atatürkün Ankaradakı hökuməti tərəfindən rədd edilib. Yəni ölkədə ikihakimiyyətlilik yaranmışdı. Bu vəziyyət 1922-ci il noyabrın 1-də başa çatdı - həmin gün sultanlıq ləğv edildi və Atatürkün hökuməti ölkədə yeganə qanuni hökumət oldu. Təkcə Yunanıstan tərəfindən ratifikasiya edilmiş Sevr müqaviləsi qüvvəyə minmədi və 1923-cü il iyulun 24-də indi artıq Atatürk hökumətinin müttəfiqləri tərəfindən imzalanmış yeni Lozanna sülh müqaviləsi sayəsində tarixin zibilxanasına göndərildi. Lakin bu barədə bir qədər sonra.

4. Sevr müqaviləsi “ölü doğulmuş” olduğuna və sonradan heç bir nəticə doğurmadığına baxmayaraq, hər halda onun məzmununa nəzər salmağa dəyər. Bizi həmin müqavilənin konkret bir şərti maraqlandırır. Həmin şərtə görə, Osmanlı İmperiyası onun Şərq ərazilərində yeni erməni dövləti yaradılması ilə razılaşır, bu dövlətin sərhədləri ABŞ Prezidenti Vudro Vilsonun arbitraj qərarı ilə müəyyən ediləcək. Bu qərar bir anda qəbul edilməmişdi, qalib ölkələr əvvəlki aylar ərzində buna hazırlaşırdı, Paris konfransında (əlbəttə, sultan hökuməti orada iştirak etmirdi) qalib dövlətlər Osmanlı İmperiyasının Şərq ərazilərində Vudro Vilsonun mandatı əsasında Ermənistan yaradılması məsələsi müzakirə edilirdi, onun sərhədlərini də həmin Vilson müəyyən etməli idi. Britaniyanın Baş naziri Lloyd-Corc Prezident Vilsonu uzun müddət dilə tuturdu ki, mandatı öz üzərinə qəbul etsin. Bundan əlavə, 1920-ci il aprelin 19-26-da İtaliyanın San-Remo şəhərində qalib dövlətlərin Ali Şurasının konfransı keçirilib, onlar həmin konfransda ABŞ-a gələcək (!!! - hələlik gələcək!!!) Ermənistanın mandatını öz üzərinə qəbul etmək, ABŞ Prezidentinə isə Ermənistanın sərhədlərini arbitraj qaydasında müəyyən etmək xahişi ilə rəsmən müraciət etdilər. Nəticədə, ABŞ Prezidenti razılaşdı və Sevr müqaviləsinin mətninə həmin bənd daxil edildi.

5. Ermənilərin biabırçı şəkildə susduqları ən başlıca məqam: 1920-ci il iyunun 1-də (yəni San-Remo konfransında sonra, lakin Sevr müqaviləsi imzalanana qədər) ABŞ Senatı ABŞ-ın Ermənistan üzərində mandatını və nəticə etibarilə Prezident Vudro Vilsonun Ermənistan sərhədlərini müəyyən etmək üçün arbitraj hüququnu ləğv etdi! Başabəla erməni ekspertləri bu barədə susurlar!

6. Avqustun 10-da imzalanan Sevr müqaviləsinə Ermənistan üzərində mandat və Prezident arbitrajı barədə müddəa təsbit edilmişdi, Vudro Vilson özü isə noyabrın 22-də ABŞ dövlətinin möhürü ilə təsdiq olunmuş öz arbitraj qərarını təqdim etmişdi. O vaxt bütün bunların apriori heç bir hüququ qüvvəsi yox idi, çünki bundan əvvəl Senat ABŞ-ın Ermənistan üzərində mandatını ləğv etdmişdi. Bax, belə bir hüquqi kazus yaranmışdı!

7. Sual edilir: o vaxt Prezident Vilson onun mandatının Senat tərəfindən rədd edildiyini bildiyi halda nə üçün bu cür tamamilə mənasız addım atıb və açıq-aydın “ölü doğulmuş” qərar təqdim edib? Məsələ ondadır ki, 1920-ci ilin sentyabr ayında, yəni Sevr müqaviləsi imzalanandan bir ay sonra Ermənistan hökuməti (görünür, bu müqavilənin imzalanmasından ruhlanaraq və hətta onun ratifikasiya edilməsini gözləmədən) Vilsonun arbitraj qərarının tezliklə reallaşacağını gözlədiyindən daha çox ərazi qazanmağı (beləliklə də gələcək vilsonsayağı sərhədlərə təsir etmək) ümidi ilə Türkiyəyə müharibə elan etdi. Müharibə 1920-ci il sentyabrın 24-dən dekabrın 2-dək davam etdi və ermənilər üçün biabırçı Aleksandropol müqaviləsi ilə başa çatdı. Lakin paradoks ondan ibarət idi ki, o vaxt türklər hələ ikihakimiyyətlilik şəraitində yaşayırdı: Sevr müqaviləsi sultan hökuməti tərəfindən imzalanmış və Ankarada Atatürk hökuməti tərəfindən tanınmamışdı, faktiki olaraq Sevr müqaviləsinin şərtlərinin üstündən xətt çəkən Aleksandropol müqaviləsi isə üç ay sonra Atatürk hökuməti tərəfindən imzalandı. Ermənistan ordusunun darmadağın edilməsi aşkar görünəndə Vudro Vilson müharibənin gedişinə necəsə təsir etmək və türklərə psixoloji təzyiq göstərmək məqsədilə öz arbitraj qərarını təqdim etməyə tələsdi. Təbii ki, nə psixoloji, nə də hüquqi təzyiq göstərmək niyyəti baş tutmadı, çünki ABŞ Senatı Amerikanın Ermənistan üzərində arbitrajını ləğv edəndən sonra Vilson tərəfindən təqdim edilmiş arbitraj sənədinin dəyəri hətta həmin sənədin tərtib olunmasına sərf edilmiş kağızın və mürəkkəbin dəyərindən də az idi.

8. Sonrakı dövrdə hadisələrin inkişafı çox sadədir. Aleksandropol müqaviləsi imzalanandan dərhal sonra Ermənistan sovetləşdirilir, 1921-ci ilin mart ayında Atatürk hökuməti Sovet Rusiyası ilə Moskva müqaviləsini, həmin ilin oktyabr ayında isə Sovet Ermənistanının imzası ilə də təsdiqlənmiş Qars müqaviləsini imzalayır. Beləliklə, Ermənistan-Türkiyə sərhədi mövzusuna nöqtə qoyulur.

9. 1922-ci il noyabrın 1-də Türkiyədə ikihakimiyyətlilik başa çatır. Sultan ölkəni tərk edir, Atatürk hökuməti isə ölkənin bütün ərazisində yeganə hökumət olur.

10. 1922-ci il dekabrın 30-da SSRİ yaradılır. Sovet Ermənistanı suveren dövlət kimi artıq mövcud olmur, ittifaq dövlətinin tərkibinə daxil olur.

11. 1923-cü il iyulun 24-də qalib dövlətlər (Antanta) Lozannada Türkiyə ilə yeni, de-yure Sevr müqaviləsini ləğv edən (onsuz da bu müqavilə Yunanıstandan başqa heç kəs tərəfindən ratifikasiya edilməmişdi) müqavilə imzalayır. Yeri gəlmişkən, Lozanna müqaviləsini imzalamış dövlətlər arasında Yunanıstan özü də var. Həmin sənədi imzalayanlar arasında Ermənistan daha yoxdur, çünki o vaxt artıq belə dövlət yox idi. Əvvəllər mövcud olmuş dövlət isə xatırladığımız kimi, Türkiyə ilə Qars müqaviləsini imzalamışdı. Lozanna müqaviləsinin şərtlərinə görə, hər şeydən əlavə, Antanta Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsi tələbindən imtina edir. Vəssalam, erməni məsələsi bağlanmış hesab edilir! Sonradan bu müqavilə Serb, Xorvat və Sloveniya krallığından başqa onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edilib, həmin krallıq isə Osmanlı İmperiyasının borclarını türklərlə bölüşməyə razılaşmadı. Bu, onların işidir!

12. Lozanna müqaviləsini imzalayanlar arasında o vaxt mövcudluğuna son qoyulmuş Ermənistandan başqa konfransda müşahidəçi kimi iştirak etmiş ABŞ da yox idi.

13. Lakin 1927-ci ildə ABŞ ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlər yaradılması de-yure Sevr müqaviləsinin (və onunla bərabər mandat haqqında, həmçinin Prezidentin arbitraj qərarı barədə “ölü doğulmuş” müddəa) artıq mövcud olmayan sultan hökuməti tərəfindən imzalanmış və üstəlik, ABŞ-ın özü tərəfindən də ratifikasiya edilməmiş Sevr müqaviləsinin denonsasiyası demək idi.

Vudro Vilsonun arbitraj qərarı barədə bilinməsi lazım olan bunlardır. ABŞ Prezidentinin arbitraj qərarına türklərin razılığının qeyd olunduğu yeganə sənədi - Sevr müqaviləsini hamı rədd etmişdi - Türkiyə ilə Qars müqaviləsini imzalamış ermənilər özləri də, Lozanna müqaviləsini imzalamış türklər özləri də, Sevr müqaviləsini ratifikasiya etməmiş və əslində, onu ratifikasiya etmək hüququ olmayan amerikalılar özləri də, çünki Sevr müqaviləsində ABŞ Senatı tərəfindən bəyənilməmiş müddəa vardı. Bu gün Vudro Vilsonun arbitraj qərarının “həqiqiliyi” barədə, xüsusən alimnüma görkəmli və soyadları “yan” şəkilçisi ilə bitən, özlərinə güvənən moskvalı politoloqlar tərəfindən səslənən bütün söhbətlər obıvatel üçün nəzərdə tutulub.

Nəticə:

Tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olan arbitraj qərarı boş yerdə deyil, münaqişə tərəflərinin razılığı və onların belə bir qərar çıxarmaq hüququna malik olan vahid və razılaşdırılmış arbitrə belə hüquqlar vermələri əsasında çıxarılır. Tərəflərin arbitraj barədə razılığı təsbit edilmiş hüquqi sənəd Yunanıstandan başqa heç kəs tərəfindən ratifikasiya edilməmiş və qüvvəyə minməmiş Sevr müqaviləsi idi. Üstəlik, ABŞ Senatı bu ölkənin Ermənistan üzərində mandat qəbul etməsinə və müvafiq surətdə Prezidentin arbitraj hüququna razılıq verməyib. Beləliklə, Vudro Vilson tərəfindən 1920-ci ilin noyabr ayında çıxarılmış qondarma “arbitraj qərarı”nın hüquqi əsası və hüquqi nəticələri yox idi. Sonradan Lozanna müqaviləsinin bağlanması onsuz da ratifikasiya edilməmiş Sevr müqaviləsini həmişəlik “dəfn etdi”, Osmanlı İmperiyasında ikihakimiyyətliliyin başa çatması, Türkiyə Cümhuriyyətinin elan edilməsi və ABŞ ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik münasibətlər yaradılması bu məsələyə son nöqtə qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu