Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə yüksək həddə çatıb

Vüsal Qasımlı: Manatın real effektiv məzənnəsi son 5 ildə yüksək həddə çatıb

Bakı, 23 iyun, AZƏRTAC

COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu məsələni şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı son 5 ildə Azərbaycan iqtisadiyyatının ikinci dəfədir xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişdiyini bildirib. Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var.

Onun sözlərinə görə, real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi var. Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib. Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilib. 3,5 milyard manatlıq antiböhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir”.

V.Qasımlı hesab edir ki, manatın real effektiv məzənnəsi milli iqtisadiyyatımızda məhsuldarlıqdan asılıdır: “Hazırda ölkədə əhali artımı və pandemiyanın təsiri altında ÜDM-in azalması məhsuldarlığı da azaldır. Bu ilin ilk 5 ayında əhalinin hər nəfərinə düşən ÜDM 2,5 faiz azalıb. Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, nisbi məhsuldarlığın 1 faiz artımı milli valyutanın real məzənnəsini 0,2 faiz bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilərdi, sadəcə, ticarət partnyoru olduğumuz ölkələrlə müqayisədə məhsuldarlığın daha az düşməsi bu effekti “zərərsizləşdirir”. “Balassa-Samuelson” effektinə görə, inkişaf etmiş və etməkdə olan ölkələrin qiymət fərqini doğuran onların iqtisadiyyatlarındakı fərqli məhsuldarlıq səviyyəsidir. Azərbaycanda alıcılıq qabiliyyəti paritetinə əsasən onsuz da qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. “Penn effekti” də bunu sübut edir. İndiki halda inflyasiyanın 2,9 faiz olması da alıcılıq paritetini əhəmiyyətli dərəcədə pozmağa imkan vermir. Üstəlik manatın digər partnyor ölkələrin ucuzlaşan valyutalarından fərqli olaraq ABŞ dolları qarşısında sabitliyini də nəzərə alanda, manatın real effektiv məzənnəsinin yüksəlməsinin səbəbləri aydınlaşır. İqtisadiyyatın məhsuldarlığının artırılması təkcə manatın sabitliyi deyil, bütövlükdə dayanıqlı iqtisadi artım üçün əsas hədəfdir”.

O, həm də qlobal bazarlarda “qorxu indeksi”nin təsirlərinə də toxunub: “Qorxu indeksi” - VIX-in (volatillik indeksi) bu il tarixi rekordlara qədər yüksəlməsi də göstərir ki, dünyada investorlar riskli aktivlərdən qaçırlar və inkişaf etmiş ölkələrdən artıq 100 milyard dollardan çox vəsait çıxıb. Bu hal bütün inkişaf etmiş ölkələrin tədiyə balansı kəsirini bağlamaq üçün sərmayə cəlbini çətinləşdirir. Bu ilin ilk rübündə Azərbaycanın tədiyə balansında kəsirin yaranmasının səbəbi də daha çox kapital və maliyyənin hərəkəti hesabında 1,4 milyard dollar kəsir formalaşması ilə bağlı olub. Azərbaycan kimi “təhlükəsizlik yastığı” qalın olan ölkələr ehtiyat aktivlərin hesabına tədiyyə balansının kəsirini maliyyələşdirə bilirlər. Lakin belə üstünlüyü olmayan ölkələrdə real effektiv məzənnənin ucuzlaşması tədiyyə balansının kəsirinin qarşısını almaq üçün məhdud mübarizə üsullarından biridir. VIX-in (volatillik indeksi) 10 faiz ucuzlaşması inkişaf edən ölkələrin milli valyutalarının real effektiv məzənnəsini orta hesabla 2,5 faiz aşağı salır. Azərbaycanın strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi də tələb edir ki, cari əməliyyatlar balansında olan gərginlik xaricdən ölkəyə sərmayə cəlbi ilə tarazlaşdırılsın. Bunun üçün antiböhran tədbirlərinə uyğun olaraq özəlləşdirmə, kapital amnistiyası, infrastrukturun yaxşılaşdırılması, insan kapitalının və institutların inkişafı, islahatların davam etdirilməsi və dövlətin təşviq alətləri həlledici ola bilər”.

Beynəlxalq təcrübə göstərir ki, ölkə rezidentlərinin yerli aktivlərə sərmayə yatırması da milli valyutanın real effektiv məzənnəsinə müsbət təsir göstərir deyən V.Qasımlı bildirib ki, məsələn, yaponların yerli aktivlərə sərmayə yatırması iqtisadiyyatın maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır: “Bakı Fond Birjasında və birjadan kənar bazarda dövr olunan minlərlə şirkətlərin səhm və istiqrazlarına, Azərbaycan hökumətinin və Mərkəzi Bankın notları və istiqrazlarına, həmçinin daşınmaz əmlak və digər aktivlərə, hətta yerli startaplara rezidentlərimizin sərmayə yatırması səmərəli olardı. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı (ADB) kimi investorların manatla borc verməsi milli valyutamızın real effektiv məzənnəsinə müsbət təsir edir. Yerli aktivlərə sərmayə yatırılması ölkədə bazar infrastrukturunun inkişafı, xüsusən də vasitəçilik institutlarından çox asılıdır. Məsələn, Azərbaycanda bir tərəfdən “EnterpriseAzerbaijan.com” portalına toplanan kifayət qədər startap, digər tərəfdən isə yığımını səmərəli yerləşdirmək istəyən çoxlu insanlarımız var. Amma inkişaf üçün vəsaitə ehtiyacı olan və bu vəsaitə malik olan tərəfləri bir yerə gətirən vasitəçilər yetərincə deyil. Bu baxımdan ölkədə investisiya fondları, investisiya şirkətləri, brokerlər, kraudfandinq və kraudinvestinq platformalarının inkişaf etdirilməsinə ehtiyac var”.

V.Qasımlının fikrincə, beynəlxalq təcrübədə ÜDM-in gözlənilən artım proqnozlarının milli valyutanın real effektiv məzənnəsinə müsbət təsiri sübut olunub: “Bu il əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi geriləmə olacağı halda, növbəti ildən iqtisadi artımın bərpa olunması proqnozlaşdırılır. Hazırda hökumətdə növbəti il və daha sonrakı üç il üçün ÜDM proqnozları üzərində hesablamalar gedir. Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, ÜDM-in 1 faizlik artımı milli valyutanın real effektiv məzənnəsini 2,5 faiz yüksəldir”.

Onun qənaətinə əsasən, real effektiv məzənnəyə təsir göstərən amillərdən biri də xarici ticarət şərtidir: “Azərbaycanda bu il ixrac qiymətləri (əsasən də neft qiymətləri), idxal qiymətlərinə nisbətən daha çox ucuzlaşıb. Beləliklə, xarici ticarət şərti pisləşib ki, bunun da real effektiv məzənnəyə təsiri mənfidir. Manatın məzənnəsi xarici şokların təsiri qarşısında amortizator rolunu oynayır. İndiki halda məzənnə siyasəti vasitəsilə hökumət və Mərkəzi Bank qlobal zərbənin yerli istehlakçılara təsirini yumşaldır. Tam üzən məzənnə siyasəti tətbiq olunan ölkələrdə xarici ticarət şərti pisləşəndə, dərhal daxili tələb və buna uyğun olaraq da idxal azalır. Azərbaycan kimi tənzimlənən məzənnə rejimi olan ölkələrdə də bu qədər çevik olmasa da, xarici ticarət şərtinin pisləşmə dərəcəsinə uyğun olaraq daxili tələbin və idxalın azalması baş verir. Buna “xərc effekti” deyilir. Bu ilin ilk 4 ayında həm də xarici ticarət şərtinin pisləşməsinə görə Azərbaycana idxal müqayisəli qiymətlərlə 40,5 faiz azalıb. Xarici ticarət şərtinin pisləşməsi “xərclərin yerdəyişməsi effekti”ni də yarada bilər. Belə ki, xarici ticarət şərti pisləşdiyindən, yerli istehlak və investisiyaları məhz yerli məhsulların istehsalına yönəltmək mümkündür. Beləliklə, təklif tərəfində də resursları yerli qeyri-ticari məhsullardan ticari sektora yönəltmək olar. Məsələn, Azərbaycanda tibb sənayesinin inkişafı üçün pandemiya dövründə addımlar atılır. Bunun üçün də real effektiv məzənnənin yumşalması uyğun görünür”.

V.Qasımlı deyib ki, özəl sektora verilən kreditlərin ÜDM-də xüsusi çəkisinin böyüməsi də milli valyutanın real effektiv məzənnəsini artırır: “Azərbaycanda pandemiya şəraitində kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi kredit portfelinin böyüməsinə imkan verir. Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edir və orta dünya göstəricisinə - 130 faizə çatması üçün böyük potensialı var. Dünya üzrə hesablamalar göstərir ki, özəl kredit portfelinin ÜDM-ə nisbətinin 10 faiz artması milli valyutanın real effektiv məzənnəsini 1,3 faiz bahalaşdırır”.

O bildirib ki, manatın real effektiv məzənnəsinin yüksəlişi iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi, əhalinin alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərir. İndiki halda seçim Azərbaycan vətəndaşının marağıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub