Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanada “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib

Vyana, 24 iyun, AZƏRTAC

İyunun 24-də Vyanada “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Multikulturalizm Mərkəzi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında keçirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dünyanın müxtəlif dini konfessiyaların rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, diplomatik korpusun üzvləri iştirak ediblər.

Konfransda Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Fariz Rzayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdulla, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi vəzifəsinin icraçısı Elham Şeyni, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və digər ictimai xadimlər açılış nitqləri söyləyiblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, dünyada artan dözümsüzlük, ayrı-seçkilik və ekstremizm meylləri münaqişə və böhranlar sayəsində daha da dərinləşir, cəmiyyətin ahəngdarlığına, təhlükəsizlik və sabitliyə təhdidlər yaradır. Eyni zamanda, ksenofobiya və nifrət ritorikası populizmin güclənməsinə yol açır. Məhz buna görə də mədəniyyətlərarası və dinlərarası dialoq etimad və qarşılıqlı anlaşmanın gücləndirilməsi, sülh və əmin-amanlığın təşviqi qeyd edilən təzahürlərin qarşısının səmərəli şəkildə alınmasında mühüm rol oynaya bilər. Azərbaycan milli, regional və beynəlxalq səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirərək, sülh mədəniyyətinin təşviqinə böyük əhəmiyyət verir. 2011-ci ildən Azərbaycan tərəfindən UNESCO, Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İslam Təhsil, Elm və Tədris Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformalardan biridir. Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən həftə Bakıda “Qlobal dünya nizamına təhdidlər” devizi altında IX Qlobal Bakı Forumu keçirilib. Bu forum Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi digər layihələr kimi, dövrümüzün mühüm məsələlərinin qlobal beynəlxalq müzakirə platformasına çevrilməsi baxımından çox əhəmiyyətlidir.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında XXI əsrdə təhdid və çağırışların səngimədiyi bir dövrdə sülh və ədalətin təmininə xidmət edən dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti kimi humanist dəyərlərin xüsusilə özəl əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, bu gün beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş terrorizm, ksenofobiya, antisemitizm, xristianofobiya, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərar olması, qorunması məramı ilə beynəlxalq təşkilatların strukturlarında sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır. Bu, şübhəsiz, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar.

Şeyxülislam diqqətə çatdırıb ki, bu gün dünyada milli, irqi, dini dözümsüzlük təzahürlərini önləyə biləcək multikultural həyat tərzinə böyük ehtiyac var. Bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Multikultural zənginlik Azərbaycan dövlətinin ən böyük sərvətlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri əhəmiyyətli ideyalar, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair Bakı prosesi Azərbaycanın dövlət liderinin XXI əsrdə xüsusi bir missiya olaraq həyata keçirdiyi müdrik təşəbbüslərdir və dünya miqyasında insan həmrəyliyinə xidmət edir. Azərbaycan Prezidenti Beynəlxalq Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoq forumlarının, Qlobal Bakı Forumlarının mütəmadi keçirilməsinin təşəbbüskarıdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində tolerantlığın beynəlxalq müstəvidə təşviqi, bəşəri dəyərlərə diqqət və himayə prioritet istiqamətlərdən birini təşkil edir. Azərbaycan, həmçinin Dini Liderlərin Ümumdünya sammitlərinin keçirildiyi ənənəvi məkandır. Azərbaycan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edib.

Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları əsasında Ermənistanın 30 illik hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib. Hazırda Azərbaycan işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələri bərpa edir, əraziləri minalardan təmizləyərək yenidənqurma işləri aparır, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir. Təəssüf olsun ki, Azərbaycan bu istiqamətdə səy göstərərkən Ermənistanda yenə də revanşizm, nifrət çağırışları səslənir.

QMİ sədri bu mövzu ilə bağlı erməni din xadimlərini və Ermənistan cəmiyyətini öz xalqını dinc yanaşı yaşamağa, sülh quruculuğu işinə təşviq etməyə çağırış edib. Bildirilib ki, bəşəriyyəti təhdid edən, gələcəyinə təhlükə yaradan problem və humanitar xarakterli böhranlar - yoxsulluq, su və qida çatışmazlığı, iqlim və ekosistem problemləri ilahi düzənin pozulması, insanların mənəvi-əxlaqi köklərdən ayrılmasının nəticəsi, törədilən ekoloji və müharibə cinayətlərinin fəsadlarıdır.

Konfransda “Davamlı inkişaf və sülh naminə mədəniyyətlərarası və dinlərarası dialoq: Müxtəlifliyi təşviq və idarə etmək istiqamətində milli və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər” və “Dinlərarası dialoq, mədəni və dini irs multikulturalizm ənənələrinin və birgəyaşayış, tolerantlıq və anlaşmanın gücləndirilməsinin əsas istiqamətləri kimi” mövzularında sessiyalar təşkil olunub. Sessiyalarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya, Avropa Türk-İslam Birliyinin prezidenti Sərdar Çələbi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Alban-Udi Xristian Dini İcmasının sədri və Bakı Dövlət Universitetinin müəllimi Robert Mobili, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının yepiskopu Vladimir Fekete və digər panelçilər çıxış ediblər. Azərbaycanda Alban Apostol Kilsəsinin tarixi keçmişi, müasir vəziyyəti, icma və kilsələrə dövlət qayğısına dair təqdimat böyük maraqla qarşılanıb.

Konfrans çərçivəsində, həmçinin “Azərbaycanın multikultural kimliyində dini irs” mövzusunda sərgi təşkil olunub. Sərginin açılışında şeyxülislam Allahşükür Paşazadə, səfir Rövşən Sadıqbəyli və yepiskop Vladimir Fekete çıxış ediblər. Qeyd olunub ki, uzun əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan milli-mədəni rəngarənglik ab-havasına malik, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkədir. Azərbaycanlıların həyatına tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətinə çevrilib. Təkcə xalqımızın bugünkü tolerant həyat tərzi deyil, həm də bu xalqın yaratdığı ədəbi-sənət, elmi-fəlsəfi, siyasi-hüquqi mənbələr və sənədlər Azərbaycan xalqının zəngin multikultural keçmişindən xəbər verir.

Sərgidə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası tolerantlığı əks etdirən fotolar nümayiş etdirilib. Tədbir iştirakçıları əsrlər boyu eyni torpaqda yaşayan Azərbaycanın müsəlman, pravoslav, protestant və katolik xristian və yəhudi icmaları haqqında silsilə fotoreportajlarla tanış olublar.

Xatırladaq ki, konfrans Ermənistan parlamentinin spikeri Alen Simonyanın da Vyanaya səfəri ilə eyni vaxta təsadüf edir. Azərbaycan tərəfinin Vyanada təşkil etdiyi beynəlxalq konfransda sülh, əmin-amanlıq naminə multikultural dəyərlərin təşviqi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafından bəhs edildiyi halda erməni spiker səfər zamanı ənənəvi qaydada Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Başqa sözlə, Azərbaycan Vyanada bəşəri dəyərlərdən, dinlər, mədəniyyətlərarası dialoqdan danışır, Ermənistan isə qondarma iddialar səsləndirir, münaqişənin bitmədiyini iddia edir. İki yanaşma arasındakı fundamental fərq yəqin ki, beynəlxalq ictimaiyyət və Avstriya rəsmilərinin diqqətindən qaçmayacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb