Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÇAN DIK LIONQA

Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin