MƏDƏNİYYƏT
Xalq Artisti Hacıbaba Hüseynovun xatirəsi anılacaq
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində “Hacıbaba Hüseynov ömrü” adlı ədəbi-bədii muğam məclisi keçiriləcək.
Baş idarədən AZƏRTAC-a bildirilib ki, tədbir Xalq Artisti, xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunacaq.
H.Hüseynovun zəhmətsevərliyi və sənət axtarışları nəticəsində nail olduğu ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma bacarığı muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. O, uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]