MƏDƏNİYYƏT
Xalq Artisti Kamilla Hüseynova beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək
Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 1-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək V Beynəlxalq Mədəniyyət Forumunda ölkəmiz də təmsil olunacaq. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, Xalq Artisti Kamilla Hüseynova forumun “Balet və rəqs” bölməsində iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, MDB-nin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə quruma daxil olan ölkələrin milli balet truppalarının bədii rəhbərləri öz ölkələrində xoreoqrafiya sənətinin inkişaf təcrübələrini bölüşəcəklər.
Dekabrın 3-dək davam edəcək tədbirdə aktrisamız müstəqillik illərində Azərbaycanda balet sənətinin inkişafı sahəsində görülən işlər və qazanılan nailiyyətlər mövzusunda məruzə ilə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]