CƏMİYYƏT
“Xəmsə” milli intellektual oyunu üzrə Salyan rayon birinciliyi keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon Təhsil Şöbəsinin dəstəyi ilə 2 saylı tam orta məktəbdə “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda 16 komanda iştirak edib. Maraqlı bilik yarışının sonunda 1 saylı məktəb-liseyin “Tufan”, 7 saylı məktəb-liseyin “Kür” və 6 saylı tam orta məktəbin “Zəka” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Qalib komandalar Salyan Rayon Gənclər və İdman İdarəsinin diplomları təltif ediliblər.
Birinciliyin qalibi olan “Tufan” komandası “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının zona mərhələsində Salyan rayonunu təmsil etmək hüququ qazanıb.
Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov intellektual oyunların yeniyetmə və gənclərin biliklərinin artırılmasında əhəmiyyətini qeyd edib, “Tufan” komandasına zona birinciliyində uğurlar arzulayıb.