CƏMİYYƏT
Xəstəxanalardan oğurluq edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 4 mart, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə rayon ərazisindəki hospitalların birində işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat məbləğində pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Aparılan tədbirlərlə onun rayondakı daha bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]