DÜNYA
Xilasedicilər Malayziya sahillərində qəzaya uğramış gəminin yaxınlığında doqquz meyit tapmışlar
Kuala-Lumpur, 19 iyun (AZƏRTAC). Malayziya sahillərində, Malakka boğazında baş vermiş gəmi qəzası nəticəsində doqquz nəfər həlak olmuşdur. Gəmidəki 61 nəfər isə üzərək sahilə çıxmağa müvəffəq olmuşdur. Həlak olanların meyitləri xilasedicilər tərəfindən aşkar edilmişdir. Bir neçə nəfərin itkin düşdüyü də bildirilir.
Yerli KİV-lərin verdiyi məlumata görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olmuşdur. Həmçinin məlum olmuşdur ki, gəmi ümumiyyətlə yük daşınması üçün nəzərdə tutulmamışdır.
Gəmidəki 100-dən artıq indoneziyalı qeyri-leqal immiqrantın Malayziyaya çatmaq istəyinə baxmayaraq, gəmi sızıntı verərək dənizin dibinə getmişdir.
Xilasetmə əməliyyatlarında iki vertolyotun və 19 katerin iştirak etdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]