Xocalı – şəhid şəhər
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında faciənin 19-cu ildönümünə həsr olunmuş “Xocalı - şəhid şəhər” mövzusunda kitab sərgisi açılmış, habelə “Soyqırımı cinayəti” və “Xocalı soyqırımı” kitablarının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin kitabxananın hazırladığı “Xocalı” adlı elektron məlumat bazasının da təqdimatı olmuşdur. Bu məlumat bazasına “Soyqırımı”, “Xocalı rayonu”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalı qətliamı” “Ermənilərdən etiraflar” və s. bölmələr, eyni zamanda, müxtəlif kitab və məqalələr yerləşdirilmişdir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, “Xocalı soyqırımı” kitabının müəllifi Sabir Məmmədov və digərləri erməni quldurları tərəfindən xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş bu qanlı cinayət əməlinin insanlıq çərçivəsinə sığmamasından danışmış, qanlı faciə ilə bağlı əsl həqiqətlərin gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurğulamışlar.
Tədbir iştirakçıları sonda Xocalı faciəsindən bəhs edən 200-dən artıq kitab, jurnal, qəzet materiallarının nümayiş etdirildiyi sərgi və təqdimatı keçirilən kitabla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]