XOCALI FACİƏSİ HEÇ VAXT UNUDULMAYACAQDIR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbirdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ATİ-nin rektoru Cəfər Cəfərov çıxış edərək bildirmişdir ki, ermənilər Azərbaycan torpaqlarında zaman-zaman bir-birindən dəhşətli faciələr törətmişlər. Xocalıda törədilmiş ağlasığmaz vəhşiliklər də ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin davamıdır.
Natiq vurğulamışdır ki, bu, yalnız xalqımızın faciəsi deyildir. Bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayətdir. O gecəni, ondan sonra baş verənləri unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur.
Anım mərasimində ATİ-nin kafedra müdiri İbrahim Əliyev, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı və digər çıxış edənlər ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri qətliamdan danışmışlar.
ATİ-də faciəni əks etdirən sərgi təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]