Xocalı faciəsinə həsr edilmiş anım tədbiri
Bakı, 22 fevral, AZƏRTAC
"AtaBank" ASC və "Excelsior Hotel Baku" otelinin təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yazıçılar Fazil Abbasov, Məzahir Süleymanzadə, Cəlaləddin Quliyev, "AtaHolding" ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, KİV nümayəndələri və məktəb şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanları və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Bildirilib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələrinin tanıdılması ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırımı barədə obyektiv fikir və dürüst mövqe formalaşıb. Tədbirdə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci ilin mart və1992-ci ilin Xocalı soyqırımları, 1990-cı ilin 20 Yanvar faciəsi barədə geniş məlumat verilib. Qeyd edilib ki, ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasət, məmləkətimizin başına açılan dəhşətli hadisələr heç zaman unudulmayacaq.
Tədbirin sonunda yazıçılar Xocalı faciəsi və Qarabağ müharibəsi haqqında yazdıqları kitabları iştirakçılara hədiyyə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]