XOCALI QAN YADDAŞIMIZDIR
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov Xocalı faciəsini insanlıq əleyhinə ən qanlı hadisə adlandırmışdır.
Universitetin tarix kafedrasının baş müəllimi Qorxmaz Mustafayev tarixin müxtəlif mərhələlərində ermənilərin havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək siyasətinin əsas məqamlarını açıqlamışdır. O, universitetdə təhsil alan tələbələrin xarici dillərlə yanaşı, Azərbaycan tarixini də dəqiq öyrənmələrinin vacibliyini vurğulamışdır.
ADU-nun tələbəsi Könül Yaqubova hər bir azərbaycanlının “Mən Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün nə etmişəm?” sualını biri-birinə verməli olduğunu bildirmiş və dünya ictimaiyyətinin diqqətini bu faciəyə ciddi şəkildə yönəltmək üçün birlikdə fəaliyyət göstərməyin gərəkliyini diqqətə çatdırmışdır.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi idarə heyətinin üzvü, faciənin şahidlərindən olan Yusif Savalan Xocalı qırğını ilə yanaşı, ermənilərin 1905-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı törətdikləri qanlı hadisələri də dünya ictimaiyyətinin diqqətinə çatdırmağı vacib işlərdən biri hesab etmiş, bunun üçün Yusif Vəzir Çəmənzəminlinin, Mir Möhsün Nəvvabın kitablarından tutarlı fakt kimi istifadə edilməsinin vacibliyindən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]