“Xocalıya baxış” adlı tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Liseydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalıya baxış” adlı tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
Liseydən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisəsinin direktoru, Əməkdar Müəllim Mehriban Vəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri faciələrdən danışıb, düşmənin dinc, günahsız insanları amansızcasına qətlə yetirdiyini, şəhəri büsbütün yerlə-yeksan etdiyini diqqətə çatdırıb.
M.Vəliyeva Xocalı soyqırımının tarixin qanlı səhifəsi olduğunu və heç vaxt yaddan çıxmayacağını vurğulayıb.
Digər çıxış edənlər də ermənilərin vəhşiliklərindən bəhs ediblər.
Sonra şagirdlərin iştirakı ilə “Xocalı naminə” adlı kompozisiya nümayiş etdirilib.